Şou-biznes

Nişanlandığını elan etdikdən sonra “Instagram” hesabını silib - FOTO

16 Sentyabr 2021 10:30
0 Şərh     Baxış: 1 291
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikalı pop müğənni Britni Spirs sevgilisi Sem Əsgəri ilə nişanlandığını elan etdikdən sonra "Instagram" hesabını silib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda məşhurun sosial şəbəkədə ​​profilinə baxmaq mümkün deyil, ora daxil olanda "Üzr istəyirik, bu səhifə əlçatmazdır" mesajı görünür.

Amerikalı pop-ulduz "Instagram" hesabını silmək qərarını bir az fasilə götürmək istəyi ilə izah edib.

"Uşaqlar narahat olmayın... Nişanımı qeyd etmək üçün sosial mediadan bir az ara verirəm!!! Tezliklə qayıdacağam", - deyə o bildirib.

Ancaq bəzi istifadəçilər müğənninin hesabı özü sildiyinə inanmayıb və bildiriblər ki, bunsuz da ara vermək olardı. Pərəstişkarları Spirsdən qərarını canlı yayımda açıqlamasını istəyiblər.

Qeyd edək ki, ifaçının sosial şəbəkədə 34 milyondan çox izləyicisi var idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.