Türkiyənin FOX kanalında yayımlanan "Yasak Elma"dan ayrılığı ilə səs-küy yaradan aktrisa Nəsrin Cavadzadənin hansı serialda rol alacağı məlum olub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, əvvəlcə Cavadzadənin Star TV-də yayımlanacaq "Kaderimin Oyunu" adlı ekran işində baş rol olan Asiye obrazını canlandıracağı barədə xəbərlər yayılıb. Ancaq sonradan onun geri addım atdığı, ünvanı dəyişərək "Ay Yapım"la razılaşdığı məlum olub.
Belə ki, o, Show TV-də yayımlanacaq "Üç Kuruş" serialının baş qəhrəmanı olacaq. Sözügedən ekran işi bazar ertəsi, yəni Nəsrinin daha əvvəl "FOX"da rol aldığı "Yasak Elma" ilə eyni saat və gündə yayımlanacaq. Həmin layihələrin rəqabətdə olacağı, reytinqdə birincilik uğrunda mübarizə aparacağı qeyd olunur.
Qeyd edək ki, "Üç Kuruş" serialı "İçerde", "Çukur" kimi auksion və dram janrındadır. Serial elə "Çukur"un yayımlandığı gün efirə gedəcək. Ekran işinin digər baş qəhrəmanı Uraz Kaygılaroğludur.
Milli.Az