Şou-biznes

"Abırsız, həyasız adama baş qoşa bilmərəm" - Xalq Artisti

2 Sentyabr 2021 18:24
0 Şərh     Baxış: 1 475
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sovet vaxtının uşağı olmuşam. Valideynin əlinin çəkdiyi tumarı heç kim əvəz edə bilməz".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva deyib. Müğənni İnstaqram hesabında video yayımlayaraq maraqlı məqamlara toxunub:

"Abırsız, həyasız adama baş qoşa bilmərəm. Onun itirəcək yeri yoxdur. Səhnə mənim üçün hər zaman həyəcanlı keçib. Artıq məni sevənlərin ruhu, qəlbi üçün mahnı yazıram. Görək, zaman nə göstərəcək.

Bəlkə ən böyük günahkar özümüzük, meydan boş qalıb. Ucuzlaşıb hər şey. Yəqin ki, düzələr... Bir balaca oyanmaq, düzəltmək lazımdır. Mədəniyyət batsa, heç nə hər şey batar. Kaş o bədii şura bu gün olardı. Bu musiqi bayağıdır, bunu efirə buraxmaq olmaz.

Qadını xoşbəxt etmək o qədər də çətin deyil. Gülə baxarsan açar, baxmazsan, solar gedər. Qadınlar dünyaya insan gətirirlər. Bundan güclü nə ola bilər?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.