Boliviyalı cütlük Conni Paçeko və Haydi Pako evlilik mərasimlərini Cənubi Amerikanın And silsiləsinin ən yüksək dağı olan İlimanidə keçiriblər.
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "TSN" telekanalı məlumat yayıb.
Qeyri-adi toyun dəniz səviyyəsindən 6400 metr yüksəklikdə baş verdiyi qeyd olunur.
Zirvəyə qalxmaq üçün sevgililərə 3 gün lazım olub. Ancaq bu, cütlüyün ənənəvi milli qiyafələrdə evlənməsinə mane olmayıb.
Lakin toyda çox qonaq iştirak etməyib. Yeni evlənənlərlə birlikdə qarlı dağ zirvəsinə yalnız mərasimin şahidləri və onlara xeyir-dua verən bir alpinist dostları qalxıb.
Milli.Az