Şou-biznes

Sevdanın toyu niyə olmadı?

23 Avqust 2021 13:36
12 Şərh     Baxış: 4 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Sevda Yahyayeva toyunu təxirə salıb. Sənətçi toyların keçirilməsinə icazə verildiyi kimi özünə təmtəraqlı məclis edəcəyini desə də, istəyi gerçəkləşməyib.

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlama verən Sevda bildirib ki, toy Məhərrəmlik ayından sonraya qalıb:

"Hazırda həyat yoldaşımla birlikdə Sankt-Peterburqda istirahətdəyik. Toyun niyə bu mövsüm olmadığını toy günümdə açıqlayacam. Hazırda dəqiq tarixi bilmirik. Çünki məkan danışmamışıq. Bakıya qayıdan kimi toy hazırlıqlarına başlayacam. Məkanı danışıb, tarixi dəqiqləşdirəcəyik".

Qeyd edək ki, S.Yahyayeva həkim Zakir Bayramovla ötən il nikah masasına oturub. Cütlüyün toyu pandemiyaya görə təxirə düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.