Azərbaycan əsilli məşhur britaniyalı müğənni Sami Yusif Türkiyə üçün dua edib.
Milli.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İfaçı dua edərkən çəkilən fotolarını izləyiciləri ilə bölüşərək postunu "Türkyə üçün dua edək" sözləri ilə şərh edək.
Qeyd edək ki, İyulun 28-də Antalyanın Manavqat rayonunda başlayan meşə yanğınları qısa müddətdə ölkənin digər bölgələrində müşahidə edilib. Son 8 gündə Türkiyədə çox saylı meşə yanğını qeydə alınıb.
Milli.Az