Səməd Səmədovu təhqir etdi: “Azərbaycan dilində danışanda ağzına gələni çərənləyirdi“
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Azərbaycanca danışanda ağzına gələni çərənləyirdi, rusca danışmağa da mən qoymurdum. Artıq haqq dünyasına qovuşdu, Allah ona rəhmət eləsin!"
Mili.Az xəbər verir ki, bu sözləri yenisabah.az-a müğənni Əli Mirəliyev mərhum Xalq artisti Səməd Səmədovdan danışarkən deyib.
Uzun illər mərhum sənətçi ilə dostluq edən Mirəliyev onunla bağlı xatirələrini bölüşüb:
"Səməd heç azərbaycanca danışa bilmirdi, mən onu azərbaycanca danışdırdım, oxutdurdum. Deyirdim, oxuya bilmirsən öyrən. Heyvan yerinə "hayvan" deyirsən. "Sevgili canan" oxumaqdansa, "Sevgili cana" oxuyurdu. Deyəndə deyirdi fərqi nədir? Deyirdim, dəlisən, çox fərqi var. Belə şeyləri var idi. Ondan soruşurdular ki, Azərbaycanın himnini kim yazıb? Deyirdi bilmirəm. Ay bədbəxt, sən Azərbaycan vətəndaşısan ən azından bunu bilməlisən axı. Belə şeyləri bilmirdi, o bilmədikləri də sonda ora gətirib çıxardı ki, populyar oldu, amma əsl oxuyan ola bilmədi. Heç vaxt da ola bilməyəcəkdi, çünki Azərbaycan musiqisinin kökünü, sözlərinin mənasını bilmirdi".
İfaçı vaxtilə S.Səmədovu ana dilində danışmağa məcbur etdiyini deyib:
"Səmədlə bağlı toyların birindən gülməli xatirəm var: Bir dəfə məclisin birinə qonaq gəlmişdi, tanınmış cərrah idi. Səməd də həmin toyda "tamada" idi, dedilər ki, bu cərrah hörmətli qonaqdır, ona söz ver. Səməd də birdən qayıtdı ki, "Məclisimizdə gözəl həkimimiz, cəlladımız var, istəyirəm o da gəlib xeyir-dua versin..." Cərrah dedi "Bu saat onu öldürəcəyəm". (gülür)
Biz 50 il Səmədlə bir-birimizin yanında olmuşuq, o qədər belə hadisələr olub ki... Danışırdı, amma mənasını bilmirdi. Mən də qoymurdum rusca danışsın, deyirdim bura Rusiya deyil. Mənim qorxumdan güc-bəla ilə ana dilində danışırdı, amma bacarmırdı, azərbaycanca danışanda ağzına gələni çərənləyirdi, rusca danışmağa da mən qoymurdum. Artıq haqq dünyasına qovuşdu, Allah ona rəhmət eləsin!"
Xatırladaq ki, Səməd Səmədov iyulun 24-də gecə saatlarında dünyasını dəyişib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Əməkdar artist 25 il "cavanlaşdı" - Yeni görünüşü müzakirə yaratdı - (Video)
-
Bloqerlərimizin toyuna getdiyi bəy saxlanıldı (Foto)
XƏBƏR LENTİ
-
Bakıda restorana məxsus transformator yanır - (Video)
-
Heyvandarlıqda yeni subsidiya modeli: Fermerlər üçün nə dəyişəcək?
-
Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - (Video)
-
Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
-
Xətai qaranlığa qərq oldu
-
24 yaşlı məşhur fud-bloger öldü
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"





