Şou-biznes

"Ürəyim insanlar üçün deyil, yanğında qalan heyvanlar üçün döyünür"

30 İyul 2021 19:30
4 Şərh     Baxış: 1 566
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Jehan Barburun Türkiyədəki meşə yanğınları ilə bağlı tvitterdə paylaşdığı post tənqid olunub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni yazdığı tvitdə insanlardan çox heyvanlar üçün narahat olduğunu yazıb:

"Bağışlayın, amma ürəyim insanlar üçün deyil, yanğında qalan heyvanlar üçün döyünür. Bədbəxt dünyamızın günahını çəkən məsumlara".

Qeyd edək ki, hazırda müxtəlif bölgələrində yanğınlar səngiməyən Türkiyənin daha bir siması yanğınla əlaqəli paylaşımına görə tənqid edilib. Ölkənin ən varlı qadınlarından sayılan Süreyya Yalçın dincələrkən alovlardan çıxan dumanın qarşısında foto çəkdirib. Qınaqlardan sonra şəkilləri hesabından silməli olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.