Şou-biznes

"Kiməsə görə yuvamı dağıtmaram"

25 İyul 2021 09:30
2 Şərh     Baxış: 1 486
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həyat yoldaşı tərəfindən xəyanətə uğrayan müğənni Kibariyə evliliyi ilə bağlı jurnalistlərin verdiyi sualları cavablayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı ərinin onu aldatması ilə bağlı deyilən fikirlərə belə münasibət bildirib:

"Ər və arvad olaraq məsələləri evdə həll edirik. Ərim məni çox sevir, əminəm. Ciddi olmayan bir şeyi ciddiyə almıram, biz evdə yaxşıyıq. Kiməsə görə yuvamı dağıtmaram. Mənim haqqımda çox söz çıxdı. "Bu qız qürursuzdur" dedilər, söyləsinlər. Allah buyurur ki, ərinizə qarşı səbirli olun, ona hörmət edin. Mən öz adıma danışıram. Heç kim səhv başa düşməsin. Hörmət edirəm, anamız bizi belə böyüdüb. Hamı özünə baxsın, sonra başqasını tənqid etsin. Hamı xoşbəxt olsun".

Qeyd edək ki, Kibariyənin həyat yoldaşı Əli Küçükbalçıkın otellərdən birində başqa qadınla əl-ələ gəzərkən çəkilən fotoları yayılmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.