Şou-biznes

"Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər"

18 İyul 2021 12:11
Baxış: 4 142
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Hande Yener bir ildir gizli saxladığı xəstəliyindən danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bir il əvvəl ondakı dəyişikliyin süd vəzi xərçəngindən irəli gəldiyini açıqlayıb:

"Özümü yoxlayanda şübhələndim, xəstəxanaya getdim. Mənə süd vəzi xərçəngi diaqnozu qoyuldu. Öləcəyimi düşündüm. Erkən diaqnozun həyat qurtardığını onda öyrəndim. 

Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər. Həkimimlə danışdıqdan sonra motivasiyam dəyişdi. Bir an gəldi və təslim oldum, Allaha qovuşuram deyə, təsəlli tapdım".

Hande 7 saat əməliyyat keçirdiyini və xərçəngə qalib gəldiyini vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.