Şou-biznes

"...Özümü atmağı planlamışam" - Mətanət Əsədova

12 İyul 2021 16:19
5 Şərh     Baxış: 1 879
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Mətanət Əsədova səhhətində yaranan problemlərdən danışıb.

Milli.Az sherq.az-a istinadən xəbər verir ki, o "Zaurla Günaydın" verilişində mövzu haqda bunları deyib:

"Səsim üçün ağlayıram. Bu səsdən yenə olsa, göz yaşı tökmərəm. Amma təkrar gəlməyəcək.  Bir ildir ki, əzab çəkirəm . Hər xanım xoşbəxt olmağı, ailə  səadətini istəyər. Allahdan onu diləmirəm.  Deyirəm, canımı al, lakin səsimə dəymə.  Uzun müddətdir, sanki ölmüşəm. Hətta demək istədiklərimi də yazırdım, səsim çıxmırdı. Zəng edənlərlə danışmırdım, kimsəni görmürdüm. Söyləyirdim ki, mənə dua edin. Neçə dəfə özümü öldürmək istəmişəm. Çoxmərtəbəli mərtəbəli binadan özümü atmağı planlamışam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.