Şou-biznes

Aydemirin Nebahat Çehre etirafı hamını təəccübləndirib

12 İyul 2021 09:34
0 Şərh     Baxış: 1 429
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Aydemir Akbaş illər sonra etdiyi etirafları ilə hər kəsi təəccübləndirib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, həmkarı Beyhan Benek ilə ilk dəfə 1964-cü ildə nikah masasına oturan aktyor iki dəfə boşanıb və üç dəfə evlənib.

Aydemir "Əgər Beyhan ilə evlənməsəydim nikah masasına oturacağım şəxs Nebahat Çehre olardı" sözlərini deyib.

85 yaşlı Aydemir Nebahata aşiq olduğunu etiraf edib. "Onun ev xanımlığına, düzəninə heyranam, gerçək bir qadındır. Onun kimi bir qadın çətin tapılır. Çox gözəl yaşadı, səviyyəli bir xanımdır. Ona görə də həyatına indi heç kimi daxil etmir. Nebahatin səviyyəsinə çatmaq çox çətindir" deyə, aktyor əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.