Şou-biznes

Hyu Cekman "X-Men"ə geri dönür?

7 İyul 2021 05:22
0 Şərh     Baxış: 1 121
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

20 ilə yaxındır "Wolverine" filmində "Marvel"in ən sevilən personajlarından birinə həyat verən Hyu Cekman İnstaqramdakı paylaşımları ilə "X-Men"ə geri dönmə ehtimalı olduğuna işarə edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, filmin son bölümündə Hyu Cekmanın canlandırdığı Loqanın ölümü bütün "Marvel" izləyicilərini kədərləndirmişdi. Aktyor öncəki açıqlamalarında isə "X-Men"ə geri dönə biləcəyini vurğulamışdı.

Bu günlərdə "Bosslogic" tərəfindən hazırlanan çizimi və ardından "X-Men" filminin prodüseri Kevin Feige ilə birlikdə olan fotosunu yayımlayaraq bu ehtimalların reallaşa biləcəyini deyib.

Lakin onun bu obrazı canlandırıb-canlandırmayacağı dəqiq deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.