Şou-biznes

Van Damm Bakıda mənzillər aldı

2 İyul 2021 13:41
1 Şərh     Baxış: 7 801
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur Hollivud ulduzu, döyüş filmlərinin qəhrəmanı Jan-Klod Van Dammın Bakıda mənzil alması barədə etibarlı mənbələrdən xəbər daxil olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yaxın zamanlarda məşhur aktyorun oğlu Kristofer Van Varenberq (Kris Van Damm) azərbaycanlı xanımla ailə həyatı qurub. Buna görə də Jan-Klod Van Dammın Bakıda yerləşən məşhur yaşayış kompleksində oğlunun yeni ailəsi və özü üçün 2 mənzil aldığı bildirilir.

Xatırladaq ki, daha əvvəlki səfərlərində də şəhərimizi çox bəyəndiyini bildirən Hollivud ulduzu xüsusən Bakının mənzərəsini çox sevir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.