Şou-biznes

“Sultan Süleyman”ın xanımının hamiləlik görüntüləri - FOTO

30 İyun 2021 01:40
1 Şərh     Baxış: 2 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddət əvvəl yenidən uşağı olacağını təsdiqləyən türkiyəli məşhur aktrisa Berguzar Korel hamiləlik fotolarını paylaşıb.

Kadrlar onun hazırda istirahət etdiyi Bodrumdandır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri aktrisanın təbii gözəlliyindən heyran qaldıqlarını bildiriblər.

"Möhtəşəm gözəllik", "Bu qədər təbiilik olmaz ki...", "Sən gözəl aktrisa və gözəl anasan", - kimi şərhlərin yazıldığı paylaşımlar az müddətdə yüz minlərlə bəyənilib.

Yeri gəlmişkən, üçüncü hamiləlik aktrisanın peşəkar planlarını dəyişdirib. O, hamilə olduğunu "Kanlı yayın" serialının çəkilişi zamanı öyrənib. Bətnindəki uşağın sağlamlığı üçün aktrisa müqaviləni ləğv edib.

Qeyd edək ki, "Muhteşem Yüzyıl" serialında Sultan Süleyman rolu ilə daha çox tanınan aktyor Halit Ergenç və həyat yoldaşı gələcək körpələrinin cinsini elan edib: məşhur cütlüyün qız övladı dünyaya gələcək.

Hazırda cütlük iki oğul böyüdür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.