Şou-biznes

"Ülviyyənin ailəsinə görə münasibətimizi gizlədirdik"

17 İyun 2021 14:18
Baxış: 3 232
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Vicdan haqqı" serialında hamı bilirdi ki, münasibətimiz var. Amma açıqlamırdıq. Serialda bacı-qardaş obrazında idik. İstəmirdim bilinsin. Həm də ailələrimiz tanış deyildi. Verilişlərdə soruşurdular, qoymurdum. Təsəvvür edin, bir xanımın ailəsi baxır və efirdə deyilir siz sevgilisiniz. Ailənin isə xəbəri yoxdur. Yaxşı deyildi. Buna görə də bir az evlilik uzandı. Yoxsa biz çoxdan sevgili idik".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri aktyor Murad İsmayıl "7 Canlı" proqramında deyib. O, aktrisa Ülviyyə Xəlilbəyova ilə münasibətlərindən danışıb. Murad bildirib ki, seriala və Ülviyyənin ailəsinə görə münasibətlərini uzun müddət gizlədib.

"Əvvəlcə dostlaşdıq. Gördüm ki, mən Ülviyyəni, Ülviyyə məni çox istəyir. Qayğıma qalırdı. Beləcə, münasibət başladı" deyə, Murad əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.