Şou-biznes

"Yapışıblar Samirənin geyimindən, bu, Avropa müsabiqəsidir"

3 İyun 2021 20:18
Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"20-ci yeri heç düşünmürdüm. Haqsızlıq oldu. Bu haqda nəşə danışmaq istəmirəm. Mən Samirə haqda elə söz deməmişəm. Deməmişəm, onu finalda görmürəm. "Eurovision"da mahnı təqdimatı fərqlidir. Bu il şən mahnılar çox idi. İtaliyanın çıxışını bəyənirdik, xarizması var idi. Çox danışmaq istəmirəm, söz-söhbətdən bezdim. Yapışıblar Samirənin geyimindən. Bu, Avropa müsabiqəsidir".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri müğənni Nigar Camal "Səhər mərkəzi" proqramında deyib. Sənətçi "Eurovision 2021" təmsilçisi Samirə Əfəndi haqda dediyi "Özüm "Eurovision"a gedib-gələn biri kimi bilirəm hansı yerdə olacaq. İlk beşlikdə yer almayacaq. Mən olsaydım o paltarı geyinməzdim. Mənim bədənimə belə bir paltar yaraşmazdı. Gözəl qızdır, çox incədir" sözləri danıb. O bildirib ki, ifadələri yanlış formada yayımlanıb, montaj edilib. 

Məşhurluqla bağlı sualları cavablandıran Nigar bloqerlərin çoxluğundan söz açıb:

"Məşhurluq başqa həyatdır. Dünyada o qədər bloqer çıxıb ki... Hara baxırsan bloqerdir. Özü də çox mənasız videolar çəkənlər məşhur olur. Əvvəl hər müğənni televiziyaya çıxa bilmirdi. Tamaşaçı nə görürdü onu dinləyirdi. İndi hamı sosial şəbəkə ilə tanınır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.