Şou-biznes

Meyxanaçı Ağakərimin vəziyyəti yaxşı deyil: "...danışmır"

3 İyun 2021 16:24
Baxış: 2 112
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimin (Kərim Novruzov) səhhəti yaxşı deyil. Milli.Az xəbər verir ki, bu barədə lent.az-a meyxanaçının oğlu deyib:

"Atamın vəziyyətində irəliləyiş yoxdur. Ev şəraitində müalicə olunur. Həkimlər söylədilər ki, onun müalicəsi üçün evlə xəstəxananın heç bir fərqi yoxdur. Özünə qapanıb, danışdırmasan danışmır. Ümidimiz Allahadır. Biz lazım olan bütün dərmanları veririk".

Xatırladaq ki, meyxanaçı Ağakərimin 2017-ci ilin martında beyninə qan sızıb. Həmin gündən ifaçının səhhətində ciddi problemlər yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.