Şou-biznes

Zöhrə Abdullayevanın sənət dostları dəfndə niyə yox idilər?

29 May 2021 13:36
Baxış: 10 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış aparıcı İlham Mirzəyev dünən dünyasını dəyişən əməkdar artist Zöhrə Abdullayevadan yazıb.

Milli,Az sherg.az-a istnadən xəbər verir ki, o sənətkarın dəfn mərasimində iştirak etməyən dostlarına da irad bildirib: "Bu amansız həyatda betərin də betəri var. Çünki dünya zalımdır və zalımların dünyasıdır. Kimsə sonunun necə olacağını bilmir. Bu gün gördüm ki, boş və mənasız dünyada yaşayırıq.

Ömrünü incəsənətə, mədəniyyətə həsr edən birini sakitcə yerdən götürdülər və dəfn etdilər. Bəs illərlə çiyin-çiyinə çalışdığı, eyni səhnəni paylaşdığı mədəniyyət işçiləri dəfn mərasimdə niyə yox idilər? İçi mən qarışıq hamı İnstaqramda paylaşım etdik və bitdi. Nə isə... Sözün tükəndiyi andır. Allah rəhmət eləsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.