Şou-biznes

Namiq Qaraçuxurlu ölkəni tərk edir

21 May 2021 15:56
Baxış: 1 726
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir neçə günə Azərbaycanı tərk edirəm".

Milli.Az big.az-a istinadən xəbər verir ki, bunu meyxanaçı Namiq Qaraçuxurlu deyib. O, sosial şəbəkə hesabında izləyicilərinə müraciət edərək yeni işlərindən söz açıb.

"Geri döndükdə mütləq yaradıcılıq baxımından əli dolu gələcəm. Sağlıq olsun, tez-tez görüşəcəyik", - deyə meyxanaçı paylaşımında bildirib.

Qeyd edək ki, bundan öncə tanınmış müğənni Nadir Qafarzadə də ölkəni tərk etmək fikrində olduğunu demişdi. O, "Azərbaycansız mənə çox çətin olacaq" cümləsini yazaraq, Rusiya dövlət bayrağının şəklini paylaşmışdı.

Xatırladaq ki, pandemiya ilə bağlı toylarsız qalan sənətçilərin əksəriyyəti Rusiyada fəaliyyətlərinə davam etməyə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.