Şou-biznes

Brilliant Dadaşovanın yaşadığı ilk sevgi

12 May 2021 14:57
Baxış: 1 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu durum bizim üçün yaşarkən ölməkdir"

"Depressiyaya düşməmək üçün əlimdən gələni etdim. Düşünürəm ki, bizdən əvvəl heç bir sənətkar Şövkət Ələkbərova, Rəşid Behbudov, Akif İslamzadə belə duruma düşməyib".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "Həmin Zaur" proqramında deyib. Müğənni pandemiyada səhnə üçün darıxmasından bəhs edib:

"Sən oxumursan, konsertlər yoxdur, təxirə salınır, tamaşaçılarla görüşmürsən. Bizim üçün yaşarkən ölməkdir. Alışdığın həyat tərzi yoxdur. Hər zaman tamaşaçılarla üz-üzəsən... Tamaşaçı ilə təmasda olursan, enerji alırsan. Birinci dəfə bacılarım məni toya aparanda 13-14 yaşım var idi. Məclisdə mənə "xala, nənə, ana qurban" deyirdilər. Həmin diqqəti indi dərk edirəm ki, gördüyüm ilk sevgi idi.

Rusiyaya baxırıq ki, konsertlər, orkestr. Bəsdir, daha bizdə də olsun. Əsas can sağlığıdır, o, olmayandan sonra heç bir şey lazımd eyil. Amma bizdə də bitsin yavaş-yavaş".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.