Şou-biznes

91 yaşında yenidən evlənən aktyor - FOTO

7 May 2021 17:41
Baxış: 1 050
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın tanınmış teatr və kino aktyoru İvan Krasko beşinci dəfə evlənməyə hazırlaşır.

Milli.Az "bizim.media"ya istinadən xəbər verir ki, bu haqda məlumatı "Sobesednik" nəşri yayıb.

Mənbə yazır ki, onun yeni həyat yoldaşı Natalya Smıkova olacaq. Qadın mövzu ilə bağlı bunları deyib:

"Mənə nə onun pulu, nə də daşınmaz əmlakı lazımdır. Onunla həyatımı bölüşmək istəyirəm.  Xoşbəxtəm ki, Vanya indi sevdiyi və zövqünə uyğun olduğu işlə məşğul olacaq".

Xatırladaq ki, İvan Krasko 23 sentyabr 1930-cu ildə Leninqrad bölgəsində anadan olub. 1992-ci ildə Rusiyanın Xalq artisti adını alıb.

"Milli Təhlükəsizliyin agenti-3" (2001), "Ölümcül güc-4" (2002), "Qırılan lampaların küçələri-6" (2004), "Master və Marqarita" (2005) rollarıyla tanınır. Bir neçə dəfə evlənib, beş övladı var.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.