Şou-biznes

Ağır əməliyyat Buzovanı yatağa məhkum etdi - VIDEO

7 May 2021 11:04
Baxış: 1 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, rusiyalı müğənni, aparıcı Olqa Buzova ağır əməliyyat keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi artıq iki gündür reanimasiyadadır.

Buzova reanimasiyadan ürəkparçalayan videolar çəkərək instaqramda paylaşır. O, göz yaşları içində izləyicilərinə müraciət edir və güclə danışır. Ən qorxulusu isə artistin yatağa məhkum olmasıdır.

"Bu, ya narkozdandır, ya da bilmirəm, mən daim ağlayıram və yataqdan qalxa bilmirəm. Çox zəifəm, hərarətim yüksəlib. Elə bilirdim, yaxşılacağam, sizə hər şeyi danışacağam, amma yaxşılaşmıram. Ən qorxulusu geridə qaldı. Xoş sözlərinizə görə hamınıza təşəkkür edirəm. Sizin Olya", - Buzova ağlayaraq deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.