Şou-biznes

Müğənni Aslanın məzarındakı gülü qırıb apardı - VİDEO

5 May 2021 16:44
Baxış: 4 405
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Niyam Salami ötən gün avtomobil qəzasında dünyasını dəyişən həmkarı Aslan Hüseynov barədə danışıb.

Aslanın dəfn mərasimində lent.az-a açıqlama verən Niyam bildirib ki, dostunun yoxluğu ilə barışa bilmir:

"Ölümündən bir gün öncə onunla danışdım. Dedi, Moskvaya getmək istəyirdim, anam söylədi ki, getmə. Getsən, məni də görməyəcəksən. Aslan Moskvaya getdi. Anası dünyasını dəyişəndə yanında ola bilmədi. Amma anasının yoxluğuna da dözə bilmədi. Aslan mənim ən yaxın dostlarımdan biri idi. Bu gün onun məzarından qərənfil qırıb götürdüm. Ölənə qədər də o gülü özümdə saxlayacam. Hamımızın sonu torpaqdır".

Qeyd edək ki, hadisə mayın 4-də Bakı-Qazax yolunun 60-cı kilometrliyində səhər saatlarında baş verib. 55 yaşlı müğənninin idarə etdiyi "BMW" markalı avtomobil qarşıda hərəkət edən "Kamaz" markalı yük avtomobili ilə toqquşub. Qəza zamanı A.Hüseynov nəqliyyat vasitəsində tək olub. Hadisəyə səbəb isə Aslanın sükan arxasında yatması olub.

O, dünən Gəncədə anasının məzarının yanında torpağa tapşırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.