Dünyaca məşhur azərbaycanlı caz ifaçısı Əzizə Mustafazadə son günlər İnstaqramın aktiv istifadəçilərindən olub.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, musiqiçi bir müddət əvvəl işıq üzü görən "Generations" albomundan bəhs edib. O, eyni zamanda ötən həftəsonu keçirilən onlayn konsertinin məşqlərindən görüntülər yayımlayıb.
Videoların birində isə Ə.Mustafazadə ilk dəfə oğlu Ramiz Hanın üzünü göstərib. Əfsanəvi caz ifaçısı Vaqif Mustafazadənin nəvəsi Ramiz Han "Generations" albomunda yer alan bir neçə bəstənin müəllifidir. Pianoçu olan Ramiz anasının onlayn konsertində də iştirak edib.
Milli.Az