Şou-biznes

Kamran türk serialına dəvət aldı

22 Aprel 2021 15:04
Baxış: 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Kamran Ağabalayevə Türkiyənin məşhur "Kırmızı oda" serialından təklif alıb.

Mİlli.Az xəbər verir ki, sənətçi bu haqda axşam.az-a açıqlamasında danışıb. O bildirib ki, ekran işinə çəkilmə təklifi alsa da, gedə bilməyib. Buna səbəb isə hazırda "GoEast 2021" film festivalında olmasıdır:

"Geri çevirmək məcburiyyətindəyəm. Çünki festivala dəvət almışam, əsas yarışma bölümündəyəm. Heç etik olmazdı getməyim.

Bir də ki, normal haldır, aktyor dəvət alar, ya alınar, ya alınmaz. Mən dəvət alıb çəkilməməklə də xoşbəxt olmağı bacarıram".

Festivaldan danışan K.Ağabalayev "Festivala Elvin Adıgözəlin "Biləsuvar" filmi ilə qatılmışam. Obrazımın adı da elə kamrandır. Festival aprelin 20-də başlayıb, 29-na kimi davam edəcək" sözlərini əlavə edib.

Qeyd edək ki, K.Ağabalayevin "Kırmızı oda"da çəkilmək üçün bu həftənin cümə günü İstanbulda olması istənilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.