Şou-biznes

Sevil Sevinc bacılarına sərt cavab: "Bunlar nə demək istəyirlər?"

21 Aprel 2021 15:59
Baxış: 2 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son günlər Sevil və Sevinc bacıların "Göyərti puluna Moskvaya getməyə dəyməz" açıqlaması müzakirə olunur. Həmkarlarından onlarla razılaşanlar da var, əks fikir bildirənlər də.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, müğənni Aygün MM  "Xəbər-ətər" verlişində qonaq olarkən əkizlərin sözlərinə münasibət bildirib. Moskva toylarında verilən qonorarın az olmadığını söyləyib:

"Deyirlər qiymətlər aşağıdır. Nə qədər məbləğdən söhbət gedir? Adını çəkən yoxdur. Mən eşitmişəm ki, 1000 dollar təklif edirlər. Getdin 10-15 toyu 1000 dollardan oxudun. Şəxsən mənə həmin qonorarı verin toya gəlirəm. On toy olsa, 10 min dollar edir. Az puldur? Bunlar nə demək istəyirlər? Çox yaxşı məbləğdir. Fikrimcə, bəzilərini çağıran yoxdur deyə belə danışırlar. Ona görə deyirlər məbləğ azdır, göyərti puludur və sair". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.