Şou-biznes

Ersin bu sözlərinə görə həbs oluna bilər

10 Aprel 2021 11:11
Baxış: 1 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhur aktyor Ersin Korkutun həbsi tələb olunur.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə onun "TikTok"da paylaşdığı videoda işlətdiyi sözlər olub.

Belə ki, Diyarbəkirə səfərə gedən aktyora "Diyarbəkir xoşunuza gəldi" sualı verilib. Ersin isə cavab olaraq Türkiyənin paytaxtı Ankara olduğu halda "Diyarbəkir, bizim paytaxtımız" ifadəsini işlədib.

Aktyorun bu sözləri sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub və onlar Tvitterdə "Ersin Korkut həbs olunsun" həştağı ilə kampaniya başladıblar.

Sərt reaksiyaları görən Ersin Tvitter hesabında yeni paylaşım edərək "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.