Kim Kardaşyan milyarder oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sahibkar və "Kardaşyan ailəsi" realiti-şousunun yaradıcısı və ulduzu Kim Kardaşyan milyarder olub.
Milli.Az demokrat.az-istinadən xəbər verir ki, "Forbes" onun sərvətini 1 milyard dollar olaraq qiymətləndirib.
Hələ oktyabr ayında Kardaşyanların sərvəti 780 milyon dollar təşkil edib. Arzulanan məbləğə çatmağa onlara "KKW Beauty" kosmetika şirkəti, "Skims" geyim istehsalı firması, eyni zamanda realiti-şoular və kiçik investisiyalar kömək edib.
Kim Kardaşyan "KKW Beauty" brendinin əsasını 2017-ci ildə qoyub və müştərilərini əsasən sosial şəbəkələrdəki izləyicilər sayəsində cəlb edib. 2018-ci ildə biznes genişlənib və təxminən 100 milyon gəlir gətirib. 2020-ci ildə sahibkar şirkətin 20%-ni 200 milyon dollara kosmetika konqlomeratı olan "Coty"yə satıb. Razılaşmadan sonra şirkət 1 milyard dollar dəyərində qiymətləndirilib.
"Skims" şirkətini Kardaşyan 2019-cu ildə "Net-a-Porter"in qurucusu Natali Massen və Endrü Rozenin dəstəyi işə salıb. Dünyaca tanınmış Kim bur dəfə də yeni brendini sosial şəbəkələrdəki izləyiciləri sayəsində gündəmə gətirib. "Forbes"un qiymətləndirmələrinə görə, şirkətin dəyəri təxminən 500 milyon dollar təşkil edir.
2012-ci ildən başlayaraq Kim Kardaşyan televiziya şoularından, mobil oyunlardan, Kaliforniyadakı daşınmaz əmlakdan, həmçinin "Disney", "Amazon", "Netflix" və "Adidas" səhmlərindən ən az 10 milyon dollar qazanıb. Bu qiymətli kağızları ona 2017-ci ildə Milad bayramında keçmiş həyat yoldaşı, repçi Kanye Uest hədiyyə edib.
2020-ci ilin iyun ayında "Forbes" Kim Kardaşyanın bacısı model Kayli Cenneri dünyanın ən çox qazanan məşhuru adlandırıb. Eyni zamanda, nəşr Cenneri milyarder hesab etməkdən imtina edib. Jurnal onun bir neçə ildir kosmetik biznesinin miqyası barədə yalan danışdığını üzə çıxarıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Mbappe Türkiyə ilə oyuna görə narazıdır
-
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)





