Şou-biznes

Bəsti Cəfərovanın səhhəti necədir?

1 Aprel 2021 12:59
Baxış: 2 024
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronovirusa (COVID-19) yoluxan Xalq artisti Bəsti Cəfərovanın vəziyyəti stabilləşib. 

Milli Az xəbər verir ki, bu barədə APA-ya Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib. 

O bildirib ki, Xalq artistinin səhhətində müsbətə doğru irəliləyiş var: "Bəsti xanımın vəziyyəti stabilləşib. Üstündə telefonu olmadığına görə, onun özü ilə danışmaq imkanımız yoxdur. Qızının verdiyi məlumata görə, dünənlə müqayisədə qızdırması düşüb, artıq rahat ünsiyyət qura bilir. Süni nəfəs cihazından da bu gün ayırıblar. Yemək yeyir, halsızlığı yoxdur. Müalicələri "Yeni klinika"da davam edir".

Qeyd edək ki, Xalq artisti Bəsti Cəfərova martın 31-də koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.