Şou-biznes

“Toppuş bacı” özündən 15 yaş kiçik həyat yoldaşından danışdı: “Onu əvəz edəcək ikinci insan yoxdur” - VİDEO

1 Aprel 2021 12:09
Baxış: 2 283
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ARB TV-nin "Onun Sirri" verilişinin növbəti qonağı əməkdar artist Tünzalə Əliyeva olub.

Milli.Az xəbər verir ki, aktrisa sağalmağını həyat yoldaşı Röyala borclu olduğunu deyib:

"Həyat yoldaşı öhdəyilindən əlavə, sözün əsl mənasında Röyal mənim üçün dostdur. Bu dünyada onu əvəz edəcək ikinci bir insan olmadı. Bütün yaxınlarım sağ olsun. Sözün həqiqi mənasında ən çətin anlarımda yanımda olan həyat yoldaşım oldu. 7 ildir ailəliyik. Sevgi ilə ailə qurduq. O sevgim hələ də qalıb. Hətta daha da artıb. Hər zaman öhdəliklə yaşamışam. Səhər o yuxudan durana kimi yeməyini hazırlayıram. Bunu o özü də edə bilər. Amma bu, mənim xoşuma gəlir. Mənim həyatımda nə varsa ona uyğun hesablanır. Aramızda 15 il fərq var. Yaşda mən böyüyəm. Amma mənimçün həmişə o məndən böyükdür. Ondan icazəsiz heçnə etmirəm. Biz evlənəndə yaş fərqinə görə atam narazı idi. Lakin böyük səhv etdi. Sanki bu gün ailə qurmuşuq. Qızımız Zəhranın gəlişi bizi daha çox tamamladı. 7 ildə cəmi 1 gün bir-birimizdən ayrı qalmışıq. O da qayınanam əməliyyat olunanda olub. Həyatımın çətin dönəmlərimdə Röyal mənə çox dəstək oldu. Sağalmağımı, ayaq üstə qalmağımı, ruhumun gənc qalmasını ona borcluyam".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.