Şou-biznes

Paris Hilton yeni obrazı ilə hər kəsi təəccübləndirdi - VİDEO - FOTO

30 Mart 2021 10:49
Baxış: 1 392
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tanınmış model, aktrisa və müğənni Paris Hilton "Lanvin"in yeni siması olub. 

Milli.Az oxu-az-a istinadən xəbər verir ki, bu barədə "Stars 365" xəbər yayıb.

Bildirilir ki, Fransada yerləşən moda evi üçün çəkilən kadrlarda amerikalı aktrisa yeni obrazda hər kəsi təəccübləndirib.

"Bu kampaniyanı müzakirə edərkən Paris Hiltonu  əvvəl olmadığı kimi göstərməyi düşündüm. Mən nə isə saf və simvolik bir şey etmək istəyirdim", - deyə "Lanvin"in kreativ direktoru Bruno Sialelli vurğulayıb.

Qeyd edək ki, Fransanın ən qədim moda evi olan "Lanvin"in əsası 1889-cu ildə Janna Lanven tərəfindən qoyulub. Onun estetikası intibahı və davamlı islahı əks etdirir. Elə buna görə də artıq ikinci ildir ki, brendə rəhbərlik edən Sialelli biznes ledi, model, DJ, aktivist və bəlkə də tarixdə ilk inflyuenser olan Hiltonun təkamülünü "Lanvin"in kampaniyası ilə qeyd etmək qərarına gəlib.

Sosial şəbəkə istifadəçiləri də 40 yaşlı ulduzun qısa parikdə və rəsmi geyimdə olan yeni obrazını bəyəniblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.