Şou-biznes

Müğənni Günel TƏBİB-ə od püskürdü: “Allahdan qorxun! İnsanların həyatı ilə bu qədər oynamayın!” - VİDEO

29 Mart 2021 11:54
Baxış: 2 419
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Artıq bu gün üçüncü gündür ki, vəziyyətim ağır olaraq qalır. Baxmayaraq ki, ev şəraitində sistemlər qoşulur amma yenə də vəziyyətim ağırdır. Koronavirus analizi vermişəm. Yaxmanın cavabı isə hələ də gəlməyib".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Günel Ələkbərova ("Pişik" Günel) özünün "Instagram" hesabında yazıb:

"Ölkədə səhiyyə çox bərbad vəziyyətdədir. Xəstəni zamanında müayinə etsələr yoluxma sayı bu qədər artmaz, bu qədər insan dünyasını dəyişməz. Bunun tək günahkarı Səhiyyə Nazirliyi, TƏBİB və əməkdaşlarıdır. İnsan həyatı bu qədərmi ucuzdur? Mən artıq söz tapmıram deməyə.

Üç gündür bilmirəm COVID-ə yoluxmuşam, ya yox? Allahdan qorxun! İnsanların həyatı ilə bu qədər oynamayın! Mən bilmirəm bu yazıq kasıb necə müayinə olunur. Səhiyyə Nazirliyi camaatı pulsuz müayinə etməlidir. Biraz vicdanlı olun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.