Aktyor Müşviq Şahverdiyev biznes qurmaq qərarına gəlib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 8 aydır işsiz qaldığını deyən sənətçi bu haqda "Söhbət var"da danışıb. O, aparıcı, Əməkdar artist Dilarə Əliyevanın "Eşitdik ki, təndir evi açmısan" sözlərinə belə cavab verib:
"Restoran açmağa hazırlaşıram. Orada Lənkəran mətbəxi olacaq. Təndir evi də onun içindədir.
Karantində indiyənə kimi çəkildiyim filmlərdən yığdıqlarımı yedim, aldıqlarımı geyindim. Amma bu hal yenə davam etsə, olmayacaq. Məni bomj vidində görəcəksiniz".
Milli.Az