Şou-biznes

Azərbaycanlı aparıcı ana oldu

15 Mart 2021 17:21
Baxış: 2 638
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəyə köçən aparıcı Gülnarə Məmmədova ana olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, o, bu haqda sosial şəbəkədə məlumat yayıb. Gülnarə bildirib ki, övladı hazırda həkim nəzarətindədir:

"20 günlük xəstəxana həyatım bitdi. Evə gəldim, amma canımın yarısı, oğlum Mirac xəstəxanada qaldı. Yenə də yüksək təzyiq ucbatından həkimlər onu çox tez məndən aldılar. Dostlarım, dua edin. Ümid edirəm ki, ildırım eyni yerə iki dəfə düşməz. Çox çarəsiz, gücsüz, amma ümidliyəm".

Qeyd edək ki, Gülnarə 2018-ci ildə qızı Azranı itirib.

G.Məmmədova keçmiş ANS kanalında çalışıb. O, "Kamerton" verilişinin aparıcısı olub. Gülnarə 2015-ci ildə türkiyəli iş adamı Özgürlə ailə qurub. Bu onun ikinci nikahıdır.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.