Şou-biznes

Nuranın palitrası - qırmızı, qara, ağ

28 Aprel 2010 11:32
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xatırladaq ki, saytın tamamlama işələri ilə tanış olarkən müğənni səhifənin dizayn işini bəyənmədiyi üçün belə qərar vermişdi. Müğənninin Milli.Az xəbər portalına bildirdiyinə görə, onun iradından sonra dizayn işinə yenidən baxılıb. Artıq veb səhifə müğənninin aruzladığı kimi yenidən hazırlanıb.

"Mənim ən çox sevdiyim üç rəng var - qırmızı, qara ağ. Xatırlayırsınızsa, bu çalarlar mənim sonuncu "Səndən öyrəndim" klipimdə də əksini tapıb. Ümumiyyətlə, mən geyimlərimdə, yaradıcılıq işimdə bu çalarlara geniş yer ayırıram və xanımlara da bunu tövsiyə edirəm. Çunki bu rənglər gözəl effekt verir və insanı qıcıqlandırmır. Saytın ilkin variantında bu tonları görə bilmədiyimdən, təqdimat mərasimini təxirə salmışdım. Artıq problem aradan qaldırılıb. Yaxın günlərdə təqdimat mərasiminin vaxtı açıqlanacaq" - deyə Nura bildirdi.

Müğənni sonda qeyd etdi ki, yaxın həftələrdə onun ifasında bir neçə yeni mahnı da təqdim ediləcək.

Xədicə
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.