Şou-biznes

Nisə Qasımova yıxılıb, yeriyə bilmir

15 Fevral 2021 18:09
Baxış: 2 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Nisə Qasımova yıxılıb və ayaqları zədələnib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni bu haqda "Heç vaxt, heç yerdə" proqramında deyib.

"Bu yaxınlarda yıxıldım. Ayağımın biri sınıb, biri əzilib. İndi şişdir. Yeriyə bilmirəm" deyə, Qasımova söyləyib.

N.Qasımova uzun müddətdir efirdən uzaq qalmasının səbəbini açıqlayıb:

"Getdim müayinəyə. Tam başqa bir xəstəlik üçün getmişdim. Həkimlər dedi ki, bunu da yoxlamalıyıq. Mənə dedilər ki, bədxassəli xərçəng var. Əməliyyat olundum. Demişdim, heç vaxt heç yerdə deməyəcəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.