“Heykəlləri güllələməklə guya Azərbaycan mədəniyyətini sındıra biləcəkdilər?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi yanvarın 15-də Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti - Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Xalq artisti Mübariz Tağıyev musavat.com-a danışaraq, öz rəyini bildirib:
"Bir neçə gün öncə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan olundu. İşğal olunmazdan əvvəl də Şuşa Azərbaycanın konservatoriyası, mədəniyyət beşiyi idi. Təsəvvür edin, Şuşa Azərbaycan mədəniyyətinə nə qədər böyük şəxsiyyətlər verib.
"Güllələnmiş heykəllər"in də öz doğma yerlərinə qaytarılması çox sevindirici haldır. Vaxt, zaman hər şeyi öz məcrasına geri qaytarır. 30 ildən sonra yaşadığımız bu sevincin həddi-hüdudu yoxdur. Xeyli vaxt keçib, yenə də hamımız bu sevinci yaşayırıq...
Xatırlayırsınızsa həmin heykəllər müvəqqəti olaraq muzeyin həyətində qoyulmuşdu. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə heykəllərin önündə "Ulu torpaq" klipini çəkdirmişdim. İndi isə heykəllər artıq öz yerindədir, hansı ki, belə də olmalıydı. Bu da bir tarixi hadisədir.
Hələ də anlaya bilmirəm, heykələ güllə atmaq nə deməkdir? Bu, insanlıqdan uzaq, vandallıqdır. İndi guya heykəllərə güllə atmaqla Azərbaycan mədəniyyətini sındırmağa çalışırdılar? Özləri də anlayırlar ki, bu mümkün deyil. Ermənilər ömür boyu Azərbaycan musiqisini, mədəniyyətini oğurlayıb, öz adlarına çıxmağa çalışıblar. İrəvanda yaşayanlar bunu yaxşı bilir, Sovet dövründə İrəvanda radioda 1 saat Azərbaycan musiqisi verilirdi. Həmin zaman bütün evlərdən, açıq pəncərələrdən Azərbaycan musiqisi səslənirdi. Hamısı bizim musiqini dinləyir, öyrənirdi. Bəs indi nə oldu ki, xadimlərimizin heykəllərinə güllə atdılar?!".
Mübariz Tağıyev Şuşada digər mədəniyyət xadimlərimizin də heykəllərinin qoyulmasını təklif edib:
"İstərdim ki, Şuşada digər mədəniyyətimizi dünyaya tanıdan sənət adamlarımızın da heykəlləri ucaldılsın. Məsələn, Fərhad Bədlbəylinin və sairə. Heykəllər nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Qoy dünya bilsin ki, Şuşa nə qədər gözəl şəxsiyyətlər yetişdirib".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetinə görə 1 milyon manat alıb? - Açıqlama
XƏBƏR LENTİ
-
Lavrov və Rubio Nyu-Yorkda görüşüb
-
Bakıda tanışının evindən 33 min manat oğurladı - Saxlanıldı
-
Tanınmış aktyor xəstəxanaya yerləşdirildi
-
Britaniyada hərbi təyyarə qəzaya uğradı
-
İmişlidə qanunsuz balıq ovlayan şəxs saxlanıldı
-
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
-
Finiş xəttindən kənarda: Böyük beynəlxalq yarış Azərbaycanın turizm iqtisadiyyatında artıma necə təkan verir
-
Prezident İlham Əliyev BƏƏ Vitse-prezidentinə başsağlığı verib
-
Həcc ziyarətinə getmək istəyənlərə mühüm xəbər - Qeydiyyat bu tarixdə başlayır
-
Serxio Peres: "Azərbaycan Qran-prisini səbirsizliklə gözləyirəm"
-
Hörmüz boğazında karqo gəmisinə hücum: Xəsarət alanlar var
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)





