Şou-biznes

“Rəmiş öldü, ya qaldı kimə nə?” - Gülü

8 Yanvar 2021 15:34
Baxış: 2 006
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Son zamanlar sosial şəbəkələrdə Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) səhhətinin pisləşdiyi, hətta onunkoronavirusa yoluxduğu barədə məlumat yayılıb.

Milli.Az sfera.az-a istinadla xəbər verir ki, bununla bağlı sənətçi və həyat yoldaşı Gülü xanım video müraciət yayıb.

Videoda Gülü xanım belə məlumatlar yayanlara od püskürüb:

"Rəmişin adından özünüzə reytinq yığmayın. Onun sənətindən danışın. Rəmiş öldü, ya qaldı kimə nə? Şəhidlərimizin, qazilərimizin qəhrəmanlıqlarından danışın. Bu cür yalan məlumatları niyə yayırsınız?"

Rəmiş özü də haqqında yayılan yalan xəbərlərdən pis olduğunu bildirib:

"Hər kəsə cansağlığı arzulayıram. Çox xahiş edirəm sizlərdən, olmayan bir şey haqqında yazmayın. Mən bu cür informasiyaları eşidəndə daha da narahat oluram. Allah bütün xəstələrə şəfa versin", - deyə Xalq artisti bildirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.