Şou-biznes

Koronavirusdan ölən xanəndənin son mesajı - Təngnəfəs danışıq, öskürük, xırıltı... - VİDEO

26 Dekabr 2020 14:08
Baxış: 5 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Koronavirusdan dünyasını dəyişən Xalq artisti Sabir Əliyevin son səs yazısı yayılıb.

Milli.Az sonxeber.az-a istinadən xəbər verir ki, mərhumun telefon danışığı yaxın sənət dostu aşıq Namiq Fərhadoğlu ilə olub.

Xanəndə danışıq zamanı xəstəliyinə görə ona dəstək olan dostuna təşəkkürünü bildirib:

"Sağ ol, ürək dostum. Allah dayağın olsun. İnşəallah, yaxşı olar. Xəstəlikdir, kimisi elə, kimisi belə olur. Sənə qurban, narahat olma, yaxşı olacaq. Dualarınız bəs edər, Allah dualarınızı eşitsin".

Qeyd edək ki, Xalq artistinın telefon bağlantısı vaxtı təngnəfəs olması, öskürməsi, xırıldaması diqqətdən qaçmayıb və eşidənləri kədərə boğub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.