"Susuram ki, sizin vicdanınızın səsini duyum"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Biz qalib olduq, Qarabağ bizimdir. Əlimizə bayraq alıb Bakının küçələrinə axışıb, bu sözləri sevinc göz yaşları içində qışqırıb deyəndə, hamımıza bəlli idi Qarabağ nəyin və kimlərin hesabına alındı. Müharibə qalibiyyətlə bitdi".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Lalə Məmmədova sosial şəbəkədə yazıb. Müğənni qazilərin görüntülərini yayımlayanları tənqid edənlərə cavab verib:
"Bizim sevincimiz saysız ailənin ocağının ömürlük sönməsinə səbəb olan sevincdir. Bizim sevincimizdə anaların, ataların heç vaxt bitməyəcək göz yaşları, övladların "ata xiffəti" var. Sevincimizdə dünyanın ən yüksək texnologiyalar istehsalı olan protezlərin yerini verməyəcəyi itirilmiş əllər, ayaqlar sahiblərinin sağlamlığı, gözlərinin həmişəlik itirilmiş nuru var.
"Dövlətimiz qazilərimiz, şəhidlərimiz üçün hər şey edəcək, niyə yardım üçün onların şəkillərini paylaşırsınız?" deyənlərədir sözüm. Dövlət də, biz də onlar üçün nə etsək də azdır. Bu həyatda candan şirin nə ola bilər? Onlar bu canlarını bizim qalib millət olmağımız üçün qoyublar. Bəli, dövlətimiz onlar üçun hər şey edəcək. Ancaq onların şəhid olan ailə başçılarını, itirilmiş sağlamlıqlarını gətirib yerinə qoymayacaq. Siz o yarımcan bədənlərin xəstəxanadan çixandan sonra qayıdacaqları şəraitsiz evləri görmüsünüz? İsti, şəraitli evinizdə çox nəsihətlər yaza bilərsiniz, ancaq bir anlıq soyuq, şəraitsiz evdə özünüzün əməliyyat sonrası reabilitasiya dövrünüzü təsəvvür edin. Heç nə demirəm, susuram ki, sizin vicdanınızın səsini duyum.
Bəli, müharibə bitib, ancaq fəsadları bitməyib. Dövlətimiz onların problemlərini həll etməklə yanaşı biz onların yanında olmalıyıq. Problemlər bitəndən sonra da bir ömür boyu onların arxasında olmalıyıq. Problemlərini sosiallaşdırmalıyıq, paylaşmalıyıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Şerif Sezerin mükafat mərasimində halı pisləşdi - (Foto)
-
Bülent Ersoydan balaca fanatlarına böyük jest: "Paçka” pulları işə saldı - (Video)
-
Ajda Pekkan səhnədə göz yaşları tökdü - (Video)
-
Azərbaycanlı müğənni 45 kilo arıqlayıb tanınmaz hala düşdü - (Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"
-
"Fənərbaxça" formasını geyinib Nur dağına getdi
-
Zaur Baxşəliyev gənclik sirrini açıqladı - (Video)
-
Tanınmış 30 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Rusiya bu bölgələrdə komendant saatı tətbiq etdi





