Şou-biznes

"Anamı dəfn etdik, 3 gün sonra Ağdam işğal olundu"

23 Noyabr 2020 20:27
Baxış: 1 996
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"1993-cü ildə anam dünyasını dəyişdi. Anamın 3-ü günü Ağdam işğal edildi. Onun qəbrinin üstünü götüzdürə bilmədik. Gedib məzarı necə olur-olsun tapacam. Deyəcəm, ana, gözün aydın olsun, rahat yat, Ağdam bizə qayıtdı".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Fatma Mahmudova "Elgizlə izlə" proqramında deyib. Aktrisa Ağdamdan köçməsindən və xatirələrindən danışıb:

"Anamı oradan çıxara bilmirdik, deyirdi ki, evimdə Quran var, erməni bura girə bilməz. Öz evində də öldü. Uzundərəyə girəndə Qədir Rüstəmovun "Sona bülbüllər"ini səsləndirəcəm. Ağdama Qədirlə daxil olacam, çünki sən, Ağdamsız öldün.

Hamı deyir, Ağdamdan çıxanda evin açarını götürdüm. Mən götürmədim, çünki evimin qapısı yox idi. Qrat atıldı, evim darmadağın oldu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.