Şou-biznes

Rəhbərlik dəyişəndən sonra “Xəzər”ə qayıtdı

11 Sentyabr 2020 11:56
Baxış: 2 797
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aparıcı-aktrisa Zümrüd Qasımova illər sonra yenidən Xəzər TV-də aparıcı olacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, bununla bağlı kanal rəhbəri Murad Dadaşovla razılıq əldə edib və verilişin çəkilişlərinə start verib.

Proqramda məşhur mədəniyyət üzvlərinin həyatından bəhs edilir, onların doğulduğu bölgələrdən çəkilişlər həyata keçirilir.

Qeyd edək ki, ötən ay Əməkdar artist Elnarə Abdullayeva da sözügedən layihənin çəkilişi üçün rayona getməyə cəhd etmiş və karantin qaydalarını pozduğuna görə post-patrul xidməti əməkdaşları tərəfindən saxlanılaraq cərimələnmişdi.

Xatırladaq ki, Z. Qasımova 2016-cı ildə Xəzər TV-yə Şamxal Həsənli rəhbər gətirildiyi vaxt televiziya ilə yollarını ayırmış, daha sonra ARB və Space TV-də fəaliyyət göstərmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.