Şou-biznes

Səmra tətilə məşqçi sevgilisi ilə gedibmiş - FOTO

1 Sentyabr 2020 14:54
Baxış: 4 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Eurovision" təmsilçimiz Səmra Rəhimli Türkiyədə istirahət edir.

Milli.Az bildirir ki, mediapost-un əldə etdiyi məlumata görə, ifaçı tətilə tək getməyib. Onun yanında sevgilisi, fitness-model və məşqçi Fövqi Əfəndi də var. Cütlüyün istirahət etdiyi hotel bölgənin tanınmış məkanlarından sayılır. Səmrayla Fövqi ayrı-ayrı yerlərdən şəkillər paylaşaraq diqqəti yayındırmaq istəsə də, onları eyni yaxtada çəkdirdiyi fotolar ələ verib.

Cütlüyün digər paylaşımlarından ayrı-ayrı vaxtlarda da birlikdə istirahət etdiyi məlum olub.

Qeyd edək ki, Səmrayla Fövqinin sevgili olduqları barədə xəbər ilk dəfə 2017-ci ilin avqustunda çıxıb. Müğənni isə yayılan iddiaların əsassız olduğunu söyləyib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.