Şou-biznes

Aysel Şükür: “Mənə təsir edən başqa şeylərdir”

13 Avqust 2020 18:14
Baxış: 4 496
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir müddətdir bloqer Aysel Şükür həyat yoldaşı Oqtay Əhmədovdan ayrılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, A.Şükürün paylaşdığı video və fotolarda kefsiz olması izləyicilərinin diqqətini çəkib.

O, "Instagram" səhifəsində videopaylaşım edərək bildirib ki, hər şey əladır: 

"Mənə yazırsınız ki, gözündən görünür, depressiyadasan, halsızsan, kefsizsən. Nə depressiyadayam, nə də başqa bir şey yoxdur. Sadəcə olaraq, əsəblərimə görə müalicə alıram. Dərmanlar məni halsız edir. Bu halı mən birinci dəfə yaşamıram ki, nəsə mənə təsir etsin. Mənə təsir edən başqa şeylərdir".

Qeyd edək ki, A.Şükür və Oqtay 400 minlik toy xəbəri ilə gündəmə gəlmişdi. Bu, Ayselin ikinci nikahıdır. Onun ilk evlilikdən bir, Oqtayla nikahdan isə əkiz oğulları var.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.