Şou-biznes

"Bu ağır günlərdə bunu etməyə haqqım yox idi"

7 Avqust 2020 16:35
Baxış: 3 014
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ana, sənə qurban olum, mənə çörək, şan-şərəf verdin, söz öyrətdin... Azərbaycan analarının, xanımlarının qarşısında baş əyirəm. Ad günüm idi. Ad günü keçirməyi sevmirəm, bu ağır günlərdə isə heç haqqım yox idi.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elton Hüseynəliyev sosial şəbəkədə yazıb. Anası ilə fotosunu yayımlayan sənətçi onla bağlı bunları əlavə edib:

"Şükür, sağ-salamatıq. Hər şey yaxşı olacaq, bunu bilirik. Bilməyənlər isə özü bilər. Allah bu vətən üçün canından keçən hər bir vətəndaşı qorusun. Hamımızın sıxıntısı, problemləri var. Bu da normaldır. Etiraf edək, illərdir dövlət bizə yaxşı baxıb. Xalqımız öz sənətçisinə qiymət verib. İndi bütün dünyada Covid19 ucbatından heç də xoş olmayan günlər yaşayırıq. Hər şey yaxşılığa doğru gedir. Hamımıza gözəl günlər arzulayıram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.