"Yaxşı ki, ayrıldım, yoxsa sevilmək nədir yaşamayacaqdım"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Universiteti bitirdim və ailə qurdum. 12 il keçib həmin hadisədən. Hər kəsin xoşbəxt həyatı var. Həyatımın həmin ərəfəsi bağlanmış seyfdir, üstündə hörümçək tor salıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Ülviyyə Əliyeva "Həyat, sevgi və göz yaşları" proqramında deyib. Aktyor Hüseyn Əlili ilə ailə həyatı uğursuz olan sənətçi bunla bağlı danışmaq istəməyib.
O, aparıcının "Ailənin dağılmasının səbəbi dost vəfasızlığı, yoldaş etibarsızlığı, qayınana müdaxiləsi, yoxsa övlad yoxluğu oldu" sözlərinə belə reaksiya verib:
"Nə oldusa, yaxşı ki oldu. Allah bizə sınaqlar verir. Bəzən deyirik ki, niyə belə oldu? Mən isə deyirəm ki, Allah, bunu verdin, güc də ver sınaqdan çıxım. Nə yaxşı da elə oldu, yoxsa indiki Ülviyyə olmazdı. Həmin vaxt uşaq idim. Orada qalsaydım, bügünkü xoşbəxtliyim olmayacaqdı. Qadın kimi xoşbəxt olmayacaqdım.
Eybi yox, insan səhvlər edir. Həyat davam edir. Nə yaxşı ki, oldu. O olmasaydı bu gün indiki həyatımda olan insanla tanış olmayacaqdım. Sevilmək nədir, qadına dəyər vermək və mehriban ailə nədir yaşamayacaqdım. Yaşadıqlarımdan sonra yıxılmağa ixtiyarım yox idi. Valideynlərim var idi, sınmamalı idim".
İkinci dəfə ailə həyatı quran aktrisa artıq neçə aydır həyat yoldaşını görmədiyini etiraf edib:
"Xoşbəxtlik üçün hörmət, anlayış və sevgi olmalıdır. Bunlar mənim ailəmdə var. Yaxşı ki, çətinliklər yaşadım, indikinin qədrini bilirəm. İnsanın xoşbəxtlikdən gözünün içi necə gülür gördüm. Yoldaşım Rusiya vətəndaşıdır. Pandemiyaya görə görüşə bilmirik. Ancaq görüntülü danışırıq. Nifrət edirəm bu koronavirusa. Elə bil ki, nişanlılıq dövrümü yenidən yaşayıram".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
“Ölümdən qorxmasam da, xəstəliklə ölməkdən qorxuram”
-
Fədayə Laçın: "Dedim ki, təyyarənin sağındakı yerləri alsın, tək oturum"
XƏBƏR LENTİ
-
Göz quruluğunun səbəbi bəlli oldu
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib





