Şou-biznes

Şəhidlər haqqında paylaşım etdi, sonra profilini bağladı - FOTO

17 İyul 2020 14:06
Baxış: 6 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada yaşayan məşhur azərbaycanlı bloqer Hüseyn Həsənov son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş hərbçilərimizin fotosunu paylaşıb.

Milli.Az women.az-a istinadən bildirir ki, o, "Instagram" hesabındakı paylaşımına bu şərhi yazıb:

"Mənim adım Hüseyn Həsənov və mən azərbaycanlıyam. Çox təəssüf ki, Vətənimin sərhədində münaqişə qızışıb, nəticədə hərbçilər və dinc sakinlər həlak olub: kiminsə atası, əri, qardaşı, oğlu.

Mən hər zaman istənilən aqressiyaya qarşı olmuşam və olacaq, sizi də buna çağırıram. Hər birimizin uzun və xoşbəxt həyatımızı davam etdirmək üçün imkanımız olmalıdır! Və heç kəsin bizi doğma evimizdən və doğma torpaqlarımızdan məhrum etmək hüququ yoxdur!

İndi ölkədə baş verənlər izaholunmaz ağrı gətirir. Mən vətənim Azərbaycanı çox sevirəm və ümid edirəm ki, yaxın vaxtlarda hər şey arxada qalacaq, sülh olacaq.

Şəhid olan əsgər və zabitlərin ailələrinə başsağlığı verirəm!"

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.