Şou-biznes

Rusiyadakı məşhurlarımızdan şəhidlərlə bağlı paylaşım - FOTO

17 İyul 2020 11:48
Baxış: 3 369
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün müğənni Xəyyam Nisanov Rusiyada məşhurlaşan azərbaycanlı sənətçilərin şəhidlərimizlə bağlı heç bir paylaşım etməməsini qınayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Xəyyamın bunla bağlı paylaşımına qısa zamanda 7 mindən çox şərh yazılıb. Onlar arasında ifaçının tənqid etdiyi sözügedən tanınmışlarımız da yer alıblar.

Ondan sonra isə Rusiyada məşhurlaşan və İnstaqram-da milyonlarla izləyicisi olan sənətçilər post paylaşıb. Onlar arasında müğənnilər Jony (Cahid Hüseynli), Navai (Nəvai Bəkirov), Bahh Tee (Bəxtiyar Əliyev), Jah Khalib (Bəxtiyar Məmmədov), Hammali (Aleksandr Əliyev), "Weel" (Vilayət Niftalıyev), "Ellai" (Elvin Əliyev), Rauf & Faik (Rauf və Faiq Mirzoyev), Elman (Elman Zeynalov) və bloqqer Hüseyin Həsənov yer alıblar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.