Şou-biznes

Azərbaycanlı müğənni koronavirusdan sağaldı

10 İyul 2020 11:11
Baxış: 3 245
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Bahh Tee (Bəxtiyar Əliyev) bir müddət əvvəl koronavirusa yoluxduğunu açıqlamışdı.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi sağaldığını deyib. O, 10 gündən çox COVID-19-dan müalicə olunduğunu söyləyib.

Ötən gün ifaçı sosial şəbəkədə müalicələrini etdiyini və həkimin ona tam sağaldığını dediyini bildirib. Bahh vurğulayıb ki, yenidən test verib və orqanizmində heç bir virus aşkarlanmayıb.

Qeyd edək ki, Bahh Tee iyunun 30-da İnstaqram səhifəsində koronavirus infeksiyasına yoluxduğunu deyərək, onunla görüşən hər kəsə xəbər vermişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.